Rusiyada daha 2 nəfər koronavirusdan öldübackend

Rusiyada daha 2 nəfər koronavirusdan öldü

Rusiyanın paytaxtı Moskva şəhərində son sutka ərzində koronavirusa yoluxanların sayı 536 nəfər artıb.

KONKRET.az xəbər verir k. bu barədə Rusiya İstehlakçıların Hüquqlarının və İnsanların Rifahının Müdafiəsi üzrə Federal Xidmətinin saytında yazılıb.

Aprelin 5-dək Moskvada ümumilikdə 3 893 yoluxma halı qeydə alınıb.

Martın sonundan şəhərdə özünütəcrid rejimi tətbiq olunur. Vətəndaşlara evdə qalmaq və yalnız zərurət yarandıqda çölə çıxmaq tövsiyə olunub. Hazırda Moskvada restoranlar, ticarət mərkəzləri və fitnes klublar işləmir, eləcə də teatrlar və muzeylər bağlıdır, parklara getmək və kütləvi tədbirlər təşkil etmək qadağan olunub.

Qeyd edək ki, aprelin 5-dək Rusiyanın 78 regionunda 4 731 yoluxma halı qeydə alınıb, 43 pasiyent dünyasını dəyişib.

Qafqazinfo.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*