Rusiyada dəhşətli qəza – 13 nəfər həlak oldubackend

Rusiyada dəhşətli qəza - 13 nəfər həlak oldu

Rusiyanın Arxangelsk vilayətində sərnişin mikroavtobusu, minik avtomobili və “KamAZ”ın toqquşması nəticəsində 13 nəfər həlak olub.

KONKRET.az “112” Telegram kanalına istinadla xəbər verir ki, Xolmoqor rayonunda, M-8 magistral yolunun 1180-ci kilometrliyində baş verən ağır qəzada ölənlərdən 3-ü uşaqdır.

Hadisə yerinə 9 təcili yardım briqadası və polis əməkdaşları cəlb olunub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 8 nəfər xəstəxanalara yerləşdirilib. Vilayət Səhiyyə Nazirliyindən yaralıların vəziyyətinin ağır olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*