Rusiyada güclü zəlzələ baş verdibackend

Rusiyada güclü zəlzələ baş verdi

Kamçatkanın şərq sahili yaxınlığında zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat veriblər.

Yeraltı təkanlar yerli vaxtla saat 21:34-də qeydə alınıb. Zəlzələnin maqnitudası 4,5-ə çatıb — seysmoloqlar bunu episentr ərazisində cüzi zədələnmələrə səbəb ola biləcək hiss edilən zəlzələ hesab edirlər.

Təbiət hadisəsinin episentri 187 min nəfər əhalisi olan Petropavlovsk-Kamçatski şəhərindən 209 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Rusiyanın bu regionunda xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.\\publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*