backend

Rusiyada hərbi helikopter sərt eniş etdi - 3 nəfər həlak oldu

Rusiyanın Moskva vilayətində Mi-8 hərbi nəqliyyat helikopteri sərt eniş edərkən qəzaya düşüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyi yayıb.

Mənbə bildirir ki, hadisə Klin yaxınlığında baş verib.

“Bu gün Moskva vaxtı ilə saat 20 radələrində Klin yaşayış məskənindən (Moskva bölgəsi) 20 kilometr uzaqlıqda təlim uçuşu edərkən Rusiya Kosmik Hava Qüvvələrinin Mi-8 helikopteri boş əraziyə sərt eniş etdi” deyib.

Kosmik Hava Qüvvələrinin yüksək səviyyəli komandanlığı fəlakət yerinə uçub.

“Mİ-8” hərbi helikopterinin şəhərətrafı bölgədə qəzaya uğraması nəticəsində üç nəfərdən ibarət ekipaj ölüb. RİA Novosti təcili xidmət nümayəndəsinə istinadən yazır.

İlkin məlumatlara görə, fəlakətin səbəbi texniki nasazlıq olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*