Rusiyada insident: 10 hərbçi girov götürüldübackend

Rusiyada insident: 10 hərbçi girov götürüldü

Rusiyanın Bryansk vilayətində çağırışçı əsgərlərdən biri 10 hərbçini girov götürüb.

KONKRET.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Samara vilayətindən olan çağırışçının avtomat və əl qumbarası ilə silahlandığı bildirilib. Həmin şəxs əl qumbarasını partladacağı ilə təhdid edib.

Məlumata görə, həmin şəxs yaxın qohumlarının Ukraynada öldürüldüyünü eşitdikdən sonra bu addımı atıb.

Polis onun olduğu mədəniyyət evinin binasını mühasirəyə alıb. Təxminən 1 saatdan sonra aparılan danışıqlar nəticəsində girovlar azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*