Rusiyada müharibəyə etiraz edən qız başını keçəl qırxıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Tomskdan olan qız Albina təkbaşına müharibə əleyhinə aksiya keçirib. O şəhərin Novosobornaya meydanında saçını qırxıb, sonra isə “Yox, yox deməkdir” yazısı olan qutuya qoyub.
“Dünyada və ölkəmizdə baş verənlərə səssiz qala bilmərəm. Çox ağrılı və dözülməzdir. Ailəmdəki bütün kişilərin hərbi ixtisası var və onlar cəbhəyə getməli olduqlarını səssizcə qəbul edirlər “dedi.
