Rusiyada PUA aviabazaya düşərək partladıbackend

Rusiyada PUA aviabazaya düşərək partladı

Rusiyanın Kaluqa vilayətində, Şaykovka aerodromunda partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa bildirib.

“Bu gün Kaluqa vilayətində Şaykovka hərbi aerodromunda partlayış baş verib. Pilotsuz təyyarə düşüb, ehtimal ki, sərhəd tərəfdən gəlib”, – vilayət rəhbəri deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Aerodromun özünün infrastrukturuna və avadanlıqlarına ziyan dəyməyib. Aerodromun fəaliyyətinə heç bir təhlükə yoxdur.

Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*