Rusiyada qubernatorlar istefa verdilərbackend

Rusiyada qubernatorlar istefa verdilər

Rusiya Federasiyasının Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin və onun Kirov vilayətindən olan həmkarı İqor Vasilyev səlahiyyət müddətinin sona yaxınlaşması ilə əlaqədar öz vəzifələrini tərk edəcəklərini bildiriblər.

KONKRET.az “RİA Novoti”yə istinadən xəbər verir ki, Jvaçkin bu ilin yanvarında 65 yaşı tamam olub və o, ölkənin ən qocaman rayon rəhbərlərindən biridir. Rusiya Prezidenti Vladimir Putin onun istefasını dəstəkləyib.

“Mən qanunlara əməl etməyə öyrəşmişəm. Heç vaxt kreslodan yapışmadım. Bunlar mənim istefa qərarımı müəyyənləşdirdi”, – deyə S.Jvaçkin bildirib.

Sergey Jvaçkin 2012-ci ildən Tomsk vilayətinin rəhbəridir. 2017-ci ildə o, qubernator vəzifəsinə ikinci müddətə seçilib, səlahiyyət müddəti 2022-ci ildə başa çatır. Bundan əvvəl Jvaçkin neft-qaz sektorunda çalışıb.

Digər istefa verən rusiyalı qubernator İqor Vasiliev 2016-cı il iyulun 28-dən Kirov qubernatoru vəzifəsində çalışır. Bundan əvvəl o, “Rosreestr”ə rəhbərlik edib.

Ryazan vilayətinin qubernatoru Yuriy Lyubimov da növbəti seçkilərə qatılmayacağını bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*