Rusiyada şəhərlər bir-birinin ardınca Yeni il şənliyini LƏĞV EDİRbackend

Rusiyada şəhərlər bir-birinin ardınca Yeni il şənliyini LƏĞV EDİR

Rusiyada şəhərlər bir-birinin ardınca Yeni il şənliyini ləğv edir. 

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, bayram və şənliklərin təşkilinə ayrılan pul Ukrayna müharibəsinə səfərbər olanların geyindirilməsinə sərf olunacaq.

Xatırladaq ki, Rusiyada səfərbərliklə bağlı birtəhər qərar verildi. Lakin birdən məlum oldu ki, ehtiyatdan çağırılanların nə geyinəcəkləri, nə də təchizatı var. Bunun üçün nəzərdə tutulan anbarlar isə boşdur.

Bəzi silahlar və avadanlıqlar mövcud olsa da, lakin çox şey yoxdur. Uniformalar, ayaqqabılar, dərmanlar və daha bir çox şey sehrli şəkildə harasa “buxarlanıb”.

Buna görə də, bütün əyləncəli kütləvi tədbirlər və hətta Yeni il korporativ şənlikləri ləğv ediləcək.

Qənaət olunan pul səfərbər olunanların ehtiyaclarına yönəldiləcək

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*