Rusiyada Puqaçova, Qalkin və Ukraynanı dəstəkləyən digər ulduzları bütün titullardan məhrum etmək istəyirlər.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.
Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi Ukraynaya dəstək verən Alla Puqaçova, Maksim Qalkin, Andrey Makareviç və digərlərinin rus ulduzlarının bütün titullarından məhrum edilməsi imkanını nəzərdən keçirir.
“Bildiyiniz kimi, hazırda bu məsələ qanun layihəsinin hazırlanması mərhələsindədir. Amma qanuna çevrilsə, “xüsusi hərbi əməliyyat”a ictimai dəstək verməyənlər “xalq” və “ləyaqətli”lər sıralarından uzaqlaşdırılacaq”, – deyə məlumatda bildirilir.
Ukraynaya dəstək verən ulduzlara vətəndaşlıq verilməsini ləğv etmək istədikləri də vurğulanır.
Xuraman Etibarlı,
KONKRET.az
