Rusiyada “zərərli məsləhət” verənlər cəzalandırılacaqbackend

Rusiyada "zərərli məsləhət" verənlər cəzalandırılacaq

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin tanınmış uşaq yazıçısı Qriqori Osterin əsərlərinin, o cümlədən “Zərərli məsləhətlər”, “38 tutuquşu” və “Qav adlı pişik balası” kimi məşhur kitablarının yoxlanılması barədə göstəriş verib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyinə qurumun mətbuat xidmətindən məlumat verilib. İstintaq Komitəsinin fikrincə, yoxlamaya səbəb “Zərərli məsləhətlər” əsərində yer alan və “pedaqoji nöqteyi-nəzərdən şübhə doğuran” yanaşmalardır. Qurum hesab edir ki, bu əsərlərdə uşaq tərbiyəsi üçün uyğun olmayan çağırışlar və ideyalar ola bilər.

Qeyd edək ki, onilliklərdir uşaqların sevimlisi olan bu əsərlərin qəfil hədəfə alınması cəmiyyətdə və ədəbi mühitdə geniş müzakirələrə səbəb olub. Müstəntiqlər yazıçıya məxsus əsərlərin məzmununu dərindən araşdıraraq, onların qanunvericiliyə və pedaqoji normalara uyğunluğunu müəyyən edəcəklər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*