Rusiya Dövlət Duması Ermənistanın sürücülük vəsiqələrinin Rusiyada tanınması ilə bağlı qanun layihəsinə hələlik baxmayacaq.
KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya parlamentinin aşağı palatasının mətbuat xidməti yayıb.
Deputatlar Ermənistan vətəndaşlarının sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olduqları zaman onların milli sürücülük vəsiqələrinin tanınması haqqında qanun layihəsinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəliblər.
Vəli Həsənov,
KONKRET.az
