Rusiyanın Krasnoyarsk diyarından Çinə uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən İrkutskda məcburi eniş edib.
KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Krasnoyarsk-Mançuriya reysini yerinə yetirən “Bombardier CRJ-200” təyyarəsi İrkutsk hava limanında planlaşdırılmamış eniş edib. Xəsarət alan yoxdur”, – məlumatda bildirilib.
Təyyarənin göyərtəsində 40 nəfər olub.//Report
