Rusiyalı analitik: “Paşinyan hakimiyyəti göstərdi ki, onlar sülh istəmirlər” – VİDEObackend

Rusiyalı analitik: “Paşinyan hakimiyyəti göstərdi ki, onlar sülh istəmirlər” - VİDEO

KONKRET.az xəbər verir ki, Ermənistanın imzalanmış humanitar atəşkəsə sadiq qalmaması, ötən gecəki hücumları Türkiyənin “Haber Global” televiziyasında müzakirə edilib.

Cəbhədə üstün mövqedə olan Azərbaycanın atəşkəs qaydalarına əməl etdiyi halda, məğlub Ermənistanın cığallıq etməsi beynəlxalq analitiklər tərəfindən şərh edilib.

Rusiyanın “Vestnik Kavkaza” xəbər agentliyinin baş analitiki Andrey Petrov ictimaiyyəti maraqlandıran suallara cavab verib.

O bildirib ki, Gəncəyə edilən hücum şübhəsiz ki, terrordur və bu atəşkəsin üzərindən xətt çəkir:

“Azərbaycan üstün mövqedə olduğu halda Ermənistana şans verdi. Paşinyan hakimiyyəti göstərdi ki, onlar sülh istəmirlər. Amma görünür ki, qələbə Azərbaycanın olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*