“İstanbulda zəlzələlər olub və bundan sonra da olacaq, çünki şəhər seysmik təhlükəli zonada yerləşir”.
KONKRET.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin direktoru, texnika elmləri doktoru Yuri Vinoqradov bildirib.
Ekspert İstanbulda zəlzələ ehtimalını proqnozlaşdırıb.
Onun fikrincə, bu, Türkiyənin cənub-şərqində baş verən zəlzələlər kimi dağıdıcı gücə malik olmayacaq.
“Bu zəlzələlərin nə vaxt baş verəcəyi ilə bağlı şərh verə bilmərəm”, – o vurğulayıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İqbal Rzayev,
KONKRET.az
