Rusiyalı ekspert Paşinyanın sülhməramlılarla bağlı çağırışını ŞƏRH ETDİbackend

Rusiyalı ekspert Paşinyanın sülhməramlılarla bağlı çağırışını ŞƏRH ETDİ

“Təəssüf ki, bizim gördüyümüz vəziyyət baş verir, Rusiyanın istənilən təşəbbüsü əngəllənir”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İvan Konovalov deyib. O, Paşinyanın Moskvaya sülhməramlılarla bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etməyə çağırışını şərh edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya ola bilsin ki, sülhməramlılarına beynəlxalq mandat verilməsi və ya Qarabağa çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsi xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət etsin.

Paşinyanın bu açıqlamasını şərh edən Konovalov deyib ki, problem BMT-nin indi çox qərəzli davranmasındadır.

“Sadə dillə desək, BMT-nin mənzil-qərargahı ABŞ-da yerləşir. Ona görə də BMT rəhbərliyi ilə bağlı hər şey ABŞ rəhbərliyinin fikri ilə çox bağlıdır.

İstənilən razılaşmalar o zaman mümkündür ki, bu və ya digər siyasi və hərbi-siyasi vəziyyətə müsbət təsir etsin.

Amma mən tam əmin deyiləm ki, BMT-də hər bir konkret halda qaynar nöqtələrdə təhlükəli vəziyyətləri obyektiv dərk etməyə hazır olan qüvvələr var.

Təəssüf ki, bizim gördüyümüz vəziyyət də baş verir. Rusiyanın istənilən təşəbbüsü əngəllənir, Rusiya ilə hər hansı tədbir keçirmək imkanı əngəllənir”, – deyə Konovalov vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*