Rusiyalı əsirlərin yeni görüntüləri yayıldı – FOTObackend

Rusiyalı əsirlərin yeni görüntüləri yayıldı - FOTO

Müharibədə Ukrayna ordusuna əsir düşən rus əsgərlərin gözləri bağlı fotoları yayılıb.

KONKRET.az xəbər verir ki, Ukraynanın bu addımı Rusiyada qeyd edilən 9 May – Qələbə Gününə cavab kimi qiymətləndirilib.

Belə ki, Sovet İttifaqının İkinci Dünya Müharibəsində faşist Almaniyasını məğlub etməsinin 77-ci ildönümü Rusiyada böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Rusiya lideri Vladimir Putin Qələbə günü münasibətilə çıxışında Ukraynada döyüşləri davam etdirəcəklərini bildirərkən, qarşı tərəf böyük səs-küy yaradacaq görüntüləri tirajlayıb. Kadrlarda gözləri bağlı olan rus əsgərlər yer alıb. Ukraynanın bununla Rusiyaya müharibəni dayandırmaq haqqında açıq mesaj ötürdüyü bildirilir.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*