Rusiyalı futbol hakimi NVO zonasında dünyasını dəyişdibackend

Rusiyalı futbol hakimi NVO zonasında dünyasını dəyişdi

Rusiyalı futbol hakimi Daniil Şemetov iyulun 4-də NVO zonasında hərbi tapşırığı yerinə yetirərkən dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFU) rəsmi saytında məlumat verilib. Baş hakimin 31 yaşı var idi.

“RFU Daniil Şemetovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və hakimin ailəsinə lazımi köməklik göstərəcək”, – mesajda deyilir.

Şemetov 2019/20 mövsümündən İkinci Liqada çalışıb. Bu müddət ərzində o, 41 oyun keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*