Rusiyalı milyarder Andrey Qodunov Murmansk vilayətində yürüş zamanı dünyasını dəyişib
KONKRET.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Bildirilir ki, milyarder və dostu Petrelius dağındakı Ramsay dərəsinə gediblər.
İlkin versiyaya görə, onlar uçqun altında qalıblar. Qodunov və dostu yerindəcə dünyasını dəyişib. Milyarderin meyiti yanvarın 8-də dərənin yaxınlığında tapılıb.
Qeyd edək ki, 2023-cü ildə onun sərvəti 3,5 milyard rubl olaraq qiymətləndirilib.
Ariz Həsənoğlu,
KONKRET.az
