Rusiyalı politoloq: “Xerson alınandan sonra Putin xəstə elan oluna və istefaya göndərilə bilər” – VİDEObackend

Rusiyalı politoloq: "Xerson alınandan sonra Putin xəstə elan oluna və istefaya göndərilə bilər" - VİDEO

Putin xəstə elan oluna və istefaya göndərilə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Feygin LIVE-ın efirində danışılıb. Rusiyalı politoloq və publisist Andrey Piontkovski güman edir ki, səlahiyyət Rusiya Federasiyasının Təhlükəsizlik Şurasına veriləcək.

O, Rusiya Prezidenti Vladimir Putinin istefası üçün ən çox ehtimal olunan variantı səsləndirib.

“Onlar müharibəni uduzduqlarını çox dərindən başa düşüblər. Mən məlumatlara inanıram ki, milyarder və Putinin tərəfdaşı Yuri Kovalçuk onunla ən yumşaq variantı müzakirə edib. Və tezliklə ona keçmək lazımdır”, – Piontkovski deyib.

Onun sözlərinə görə, hakimiyyətin Rusiya Federasiyasının Təhlükəsizlik Şurasına verilməsi ehtimalı var. Putinin istefası ilə bağlı müzakirələr Xersonun Ukrayna Silahlı Qüvvələri tərəfindən azad edilməsi ilə yekunlaşacaq.

“Aralıq variantlardan biri belə ola bilər: biz elan edirik ki, səhhətimizə görə xəstələndik, vəzifələri müvəqqəti olaraq kollektiv orqana keçiririk. Heç kim varis olmağa həvəsli deyil, kimə lazımdır kapitulyasiyaya görə məsuliyyət daşısın. Hər şey kollektiv qurumun, Təhlükəsizlik Şurasının arxasında gizlənəcək.

Səmərqənd sammitindən əvvəl (15-16 sentyabrda Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçirildiyi Özbəkistan şəhəri) məncə bu variant müzakirə olunub.

Səmərqənd hər şeyi dəyişdi. Putin xərclərii kəskin şəkildə qaldırdı. lakin müharibədə Ukrayna ordusu hər gün yeni uğur qazanır. Xerson sadəcə olaraq bütün müzakirələri bağlayacaq. Xersondan sonra yumşaq və ya sərt formada bu variant həyata keçiriləcək”, – deyə politoloq əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*