Regiondakı gərginlik fonunda Oman Sultanlığının Tabat Buka rayonunda yaşayış binasına zərbə endirilib. Sultanlığın dövlət informasiya agentliyinin yaydığı məlumata görə, hadisə nəticəsində ciddi dağıntılar qeydə alınıb.
KONKRET.az xəbər verir ki, insident nəticəsində iki xarici ölkə vətəndaşı yaralanıb. Zərbənin təsirindən yaşayış binası ilə yanaşı, yaxınlıqdakı daha bir tikiliyə və dörd avtomobilə ciddi ziyan dəyib.
Hazırda Oman hakimiyyət orqanları hadisənin səbəblərini və hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırma aparır. Regionda hərbi aktivliyin artdığı bir vaxtda baş verən bu hadisə təhlükəsizlik risklərini daha da artırıb.
Natiq Səlim,
KONKRET.az
