Dövlət Agentliyində yeni təyinat – Elvin Əliyev kimdir?backend

Dövlət Agentliyində yeni təyinat - Elvin Əliyev kimdir?

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni kadr təyinatı olub.

KONKRET.az bildirir ki, bununla bağlı agentliyin sədri Ülkər Səttarova müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elvin Əliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin maliyyə və təsərrüfat sektorunun müdiri vəzifəsinə gətirilib.

Məlumatı agentlikdən təsdiqləyiblər.

O, bu təyinata qədər yeddi ay müddətində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində şöbə müdirinin müavini vəzifəsində işləyib. 2023-2025-ci illərdə isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışıb./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*