ABŞ İranın 6 hərbi katerini məhv etdi – Gərginlik PİK HƏDDƏbackend

ABŞ İranın 6 hərbi katerini məhv etdi - Gərginlik PİK HƏDDƏ

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı, vitse-admiral Kuper bildirib ki, ABŞ hərbi qüvvələri Hörmüz boğazında kommersiya gəmiçiliyinə mane olmağa çalışan İrana məxsus 6 kiçik su nəqliyyat vasitəsini məhv edib.

KONKRET.az xəbər verir ki, hadisə beynəlxalq sularda gərginliyin artdığı bir vaxtda baş verib. Kuperin sözlərinə görə, sözügedən katerlər mülki yük gəmilərinin təhlükəsiz hərəkətinə birbaşa təhdid yaradıb. ABŞ tərəfi bu addımı dəniz yollarının təhlükəsizliyini təmin etmək və beynəlxalq ticarət axınını qorumaq məqsədilə atdığını bəyan edib.

İran tərəfi hələlik rəsmi açıqlama verməsə də, bu insident bölgədəki hərbi qarşıdurma riskini daha da dərinləşdirib. Xatırladaq ki, son günlər Hörmüz boğazı və Oman körfəzi ətrafında ard-arda raket və dron hücumları barədə məlumatlar yayılmaqdadır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*