Rusiyanı tərk edən Fransanın avtomobil şirkəti satışlarını artırıbbackend

Rusiyanı tərk edən Fransanın avtomobil şirkəti satışlarını artırıb

Fransız avtomobil istehsalçısı olan “Renault” Rusiyadan getdikdən sonra gözlənilmədən satışlarını artırıb.

KONKRET.az xəbər verir ki, şirkətin illik satış həcmi 2023-cü ildə 9% artıb ki, bu da ardıcıl dörd illik enişdən sonra sıçrayış deməkdir.

Fransız avtomobil istehsalçısı qeyd edib ki, 2024-cü ildə də inkişaf göstəricilərini saxlamaq niyyətindədir.

“Renault” tam illik hesabatını fevralın 15-də təqdim edəcək.

Qeyd edək ki, ilk yerli diler holdinqləri olan RTDS və BN-Motors-Fransa şirkəti 2022-ci ildə Rusiya bazarını tərk etdikdən sonra “Renault”-a qarşı arbitraj məhkəmələrinə iddia qaldırıb.

Xatırladaq ki, “Renault” qrupu SVO-nun Ukraynada fəaliyyətə başlamasından sonra 2022-ci ilin aprel-may aylarında Rusiya biznesindən çıxıb. Şirkət AvtoVAZ-dakı payını (demək olar ki, 68%) Sənaye və Ticarət Nazirliyinə tabe olan FSUE NAMI-yə verib.

Beləliklə, şirkət Rusiyanı tərk etməklə ikinci ən böyük bazarını itirib. Belə ki, 2021-ci ildə “Renault” Fransada 521 000, Rusiyada 482 000 (Lada ilə birlikdə), Almaniyada 177 800 avtomobil satıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*