Rusiyanın 13 deputatı Dubayda dəbdəbəli mənzillər alıbbackend

Rusiyanın 13 deputatı Dubayda dəbdəbəli mənzillər alıb

Rusiya–Ukrayna müharibəsi başlayandan sonra Rusiya Dövlət Dumasnın 13 deputatı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dəbdəbəli mənzillər alıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “Navalny” kanalının “Dövlət Dumasının Dubay batalyonu” adlı araşdırmasında danışılır.

Araşdırmada bildirilib ki, xalqın maraqlarına zidd olaraq pensiya yaşını, əlavə dəyər vergisini artırmağa pərgar olan, bəzən hərbi geyimdə Ukraynanın işğal olunmuş regionlarına səfər edərkən silahla şəkillər çəkdirən, guya döyüşdükləri barədə illüziya yaratmağa cəhd edən həmin deputatlar həmrəy və təşkil olunmuş şəkildə Dubaya yerləşiblər.

“Orada, Putinin müharibəsindən uzaq yerlərdə onlar və övladları dəbdəbə və sakitlik içində yaşayacaqlar”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*