Rusiyanın 4 vətəndaşı İsraildə itkin düşdübackend

Rusiyanın 4 vətəndaşı İsraildə itkin düşdü

HƏMAS-ın hücumu nəticəsində Rusiyanın İsraildəki 4 vətəndaşı itkin düşmüş sayılır. 

KONKRET.az xəbər verir ki, məlumatı Rusiyanın İsraildəki səfirliyi yayıb.

Məlumata görə, onların kimliyi hələ ki məlum deyil.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800 nəfər ölüb, 2 750 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*