Rusiyanın bu məşhur klubu Mahiri transfer edə bilərbackend

Rusiyanın bu məşhur klubu Mahiri transfer edə bilər

Azərbaycan millisinin və “Dinamo”nun (Zaqreb) futbolçusu Mahir Emreli karyerasını Rusiyada davam etdirə bilər. 

KONKRET.az xəbər verir ki, bu iddia ilə “Euro-Football” çıxış edib.

Məlumata görə, 26 yaşlı futbolçunun xidmətindən Moskvanın “Lokomotiv” klubu maraqlıdır.

Bildirilir ki, “Lokomotiv” fransalı hücumçusu Vilson İşidorla bağlı müsbət nəticə əldə etməsə, Mahir üçün Zaqreb təmsilçisinə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Mahir 2022-ci ilin fevral ayında “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*