“Rusiyanın heç bir bölgəsinə səyahət etməyin” – Estoniyabackend

"Rusiyanın heç bir bölgəsinə səyahət etməyin" - Estoniya

Estoniya sərhəd təhlükəsizliyini gücləndirib və Rusiyadakı “Vaqner” özəl hərbi şirkət ilə bağlı vəziyyəti yaxından izləyir.

KONKRET.az xəbər verir ki, bu barədə Estoniyanın baş naziri Kaja Kallas “Twitter” hesabında yazıb.

Siyasətçi bildirib ki, Estoniya üçün birbaşa təhlükə yoxdur. Bununla belə, hakimiyyət vəziyyəti izləyir və müttəfiqlərlə məlumat mübadiləsi aparır: “Sizi əmin edə bilərəm ki, ölkəmiz üçün birbaşa təhlükə yoxdur. Sərhəd mühafizəsi gücləndirilib. Mən həmçinin xalqımızı Rusiyanın heç bir bölgəsinə səyahət etməməyə çağırıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*