Rusiyanın nef-qaz gəlirləri əhəmiyyətli şəkildə azalacaqbackend

Rusiyanın nef-qaz gəlirləri əhəmiyyətli şəkildə azalacaq

Rusiyanın neft və qazadan əldə edəcəyi gəlir növbəti üç il ərzində əhmiyyətli şəkildə azalacaq.

KONKRET.az “Bloomberg”ə istinadən xəbər verir ki, gəlirlərin azalmasına səbəb neft və qaz qiymətlərinin aşağı düşməsi, eləcə də “Qazprom” üçün daha yumşaq vergi rejimi tətbiq olunması ilə bağlıdır.

Neft və qaz gəlirləri Rusiya dövləti üçün əsas maliyyə mənbəyidir. Bu gəlirlər 2024-cü ildən 2027-ci ilə qədər 14% azalacaq. Gələn il Rusiya neft-qaz sənayesi dövlət xəzinəsinə 10,94 trilyon rubl və ya 118 milyard dollar vergi ödəməlidir. Bu, 2024-cü il üçün proqnozdan 3,3% azdır. Növbəti iki ildə illik gəlirlərin azalacağı və 2027-ci ildə 9,77 trilyon rubl (105 milyard dollar) təşkil edəcəyi gözlənilir.

Vergi gəlirləri proqnozlaşdırılan zaman neftin hazırkı qiyməti əsas götürülüb. Qərb ekspertlərinin fikrincə, Rusiyanın neft və qaz gəlirlərinin azalması onun hərbi xərclərinin dövlət büdcəsində payının artmasına səbəb olacaq.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*