Rusiyanın Ukraynanın bəzi bölgələrini ilhaq etməsinə Türkiyədən REAKSİYAbackend

Rusiyanın Ukraynanın bəzi bölgələrini ilhaq etməsinə Türkiyədən REAKSİYA

Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın bəzi bölgələrinin Rusiya tərəfindən ilhaqı ilə bağlı yazılı açıqlama verib.

KONKRET.az xəbər verir ki, açıqlamada qeyd edilir:

“Beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərinin kobud şəkildə pozulması olan bu qərarın bizim tərəfimizdən qəbul edilməsi mümkün deyil. Biz getdikcə miqyası daha da genişlənən müharibənin danışıqlar yolu ilə ədalətli sülh əsasında həllini dəstəklədiyimizi bir daha bildiririk”.

Qeyd edək ki, Rusiya Krımdan sonra Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərini ilhaq edib və Ukraynanın təxminən 15 faizini öz ərazisinə birləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*