“Rusiyanın yüksəkdəqiqlikli sursatı xeyli tükənib” – Britaniya MNbackend

"Rusiyanın yüksəkdəqiqlikli sursatı xeyli tükənib" - Britaniya MN

“Ukraynaya təcavüzünün başlanğıcında Rusiya yüksəkdəqiqlikli zərbələr endirmək və yan fəsadları məhdudlaşdırmaq qabiliyyətini açıq şəkildə təbliğ edirdi. Həmin təbliğatda Ukrayna şəhərlərinin bombardmanlardan təhlükəsiz olacağı bildirilib”.

KONKRET.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Bununla belə, münaqişə müharibəöncəsi gözləntilərindən uzun çəkdiyi üçün Rusiyanın yüksəkdəqiqlikli sursat ehtiyatı, çox güman ki, xeyli tükənib.

Bu vəziyyət asanlıqla əldə edilə bilən, lakin köhnəlmiş, daha az etibarlı, daha az dəqiq və daha asan zərərsizləşdirilən sursatların istifadəsini məcbur edib. Rusiyaya, yəqin ki, artıq tükətdiyi yüksəkdəqiqlikli silahları əvəz etmək çətin olacaq.

Rusiyanın Ukraynaya müdaxiləsi onun genişmiqyasda yüksəkdəqiqlikli zərbələr endirmək qabiliyyətinin çatışmazlıqlarını üzə çıxarıb. Rusiya Ukraynanın qəsəbə və şəhərlərini dinc əhali arasında itkiləri nəzərə almadan intensiv və hərbi ilə mülki infrastruktur arasında fərq qoymadan bombardmanlara məruz qoyub”, – məlumatda vurğulanıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*