Rusiyaya ŞOK ZƏRBƏ! – Putinin şəxsən təyin etdiyi komandir ÖLDÜRÜLDÜbackend

Rusiyaya ŞOK ZƏRBƏ! - Putinin şəxsən təyin etdiyi komandir ÖLDÜRÜLDÜ

Ukrayna tərəfi Rusiya prezidenti Vladimir Putinin şəxsən təyin etdiyi rus polkovnik-leytenant Dmitri Lissitskinin qətlə yetirildiyini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, müharibədə fəal rol oynayan Rusiya ordusunun 247-ci Hava Hücum Alayının 2-ci batalyon komandiri polkovnik-leytenant Dmitri Lissitskinin Rusiyanın Stavropol şəhərindəki evində ölü tapıldığı açıqlanıb.

Ukrayna kəşfiyyatının xüsusi əməliyyatı nəticəsində öldürüldüyü bildirilən Lissitzkinin qətli ilə bağlı əlavə məlumat verilməsə də, Rusiya mənbələri də komandirin ölümünü təsdiqləyib.

Rusiya xəbər agentliklərinin öz mənbələrinə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə Rusiya prezidenti Vladimir Putindən “Rusiya Federasiyası Qəhrəmanı” adını alan Dmitri Lissitski Ukraynanın hücumları nəticəsində Ukraynadakı müharibədə həlak olub.

Lissitskinin yaşadığı Stavropol vilayətinin Blaqodarnenski şəhərinin meri Dmitri Tenkov da ölüm hadisəsini təsdiqləyib: “Qəbul edilməsi çətin olan xəbərlər aldıq. Rus qəhrəmanı Dmitri Lissitski öldü. Bu, Stavropol üçün böyük itkidir”.

Rusiya Müdafiə Nazirliyi hələlik Lissitzkinin ölümü ilə bağlı açıqlama verməyib. Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*