Ruslar bu ölkədə daşınmaz əmlak ala bilməyəcəkbackend

Ruslar bu ölkədə daşınmaz əmlak ala bilməyəcək

Finlandiyanın müdafiə naziri Antti Hakkenen Rusiya vətəndaşları üçün daşınmaz əmlak alqı-satqısına tamamilə qadağa qoymaq niyyətində olduğunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, məsələnin hüquqi həlli bu ilin yazında tapıla bilər.

Hakkenen məhdudiyyətlərin kirayə obyektlərinə də təsir edəcəyini istisna etməyib. O, həmçinin, artıq həyata keçirilmiş bu tipli əməliyyatların yoxlanılmasını zəruri hesab edir.

Qeyd edək ki, Finlandiya Müdafiə Nazirliyi əvvəllər bir neçə dəfə ruslara daşınmaz əmlakın satışını əngəlləyib. Ümumən 2020-ci ildə xaricilərə daşınmaz əmlak satışı şərtlərini sərtləşdirib. Belə ki, satış üçün Müdafiə Nazirliyindən icazə alınmalıdır.

Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Finlandiya rusların strateji əhəmiyyətli obyektlərin yaxınlığında daşınmaz əmlak almasına məhdudiyyətlər qoyub. Lakin qanun mənzillərin alınmasına şamil edilmir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*