İjevsk Avtomobil Zavodu “Lada e-Largus” elektromobilinin seriyalı istehsalına başlayıb.
KONKRET.az xəbər verir ki, elektrikli avtomobilin qiyməti 3 milyon rubldan başlayacaq. Avtomobil iki konfiqurasiyada olacaq – sərnişin və yük. Hələlik istehsal olunan avtomobillərin yeganə zavod rəngi ağdır.
AvtoVAZ-ın prezidenti Maksim Sokolov istehsalın təqdimat mərasimində deyib ki, “Əgər biz avtomobil platformasında istifadə olunan komponentlərin sayından danışırıqsa, onda nisbi dəyərlərdə rəqəm 80-dən çox olacaq. Əgər bu komponentlərin qiymətindən danışırıqsa, onda bu rəqəm 50 faiz səviyyəsindən yuxarı olacaq. Çoxlu elektrikdoldurma məntəqələrinin quraşdırılması olduqca vacibdir”.
Xatırladaq ki, e-Largus-un eksperimental seriyası 2023-cü ilin dekabrında İjevskdəki avtomobil zavodunda yığılıb. Sonra altı elektrik avtomobili konveyerdən çıxıb. 30 modelin yığılması planlaşdırılıb. Elektrikli avtomobilin kütləvi istehsalına 2024-cü ilin ikinci rübündə başlanacağı gözlənilirdi. May ayında avtomobil zavodu benzin mühərriki ilə Largus seriyalı istehsalına başlayıb. Bunun üçün Tolyattidən İjevskə 1,2 mindən çox avadanlıq daşınıb və Lada Vesta-nın təxminən iki il əvvəl yığıldığı bir xətt hazırlanıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az