Ruslar öz texnikalarını sıradan çıxarırlar – SƏBƏBbackend

Ruslar öz texnikalarını sıradan çıxarırlar – SƏBƏB

Müharibəyə göndərilməmək üçün Rusiya hərbçiləri öz hərbi texnikalarını sıradan çıxarırlar.

KONKRET.az xəbər veri ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, 150-ci motoatıcı diviziyaya daxil olan 103-cü motoatıcı alayının hərbi qulluqçuları bir həftə ərzində artıq dəmir yolu platformalarına yüklənməyə hazır olan 17 ədəd BTR-82A və 9 ədəd K1Ş1 komanda-qərargah maşınlarını sıradan çıxarıblar.

Kəşfiyyatın məlumatına görə, problem o qədər böyüyüb ki, Cənub Hərbi Dairəsinin rəhbərliyi Ukraynaya göndəriləcək texnikaya nəzarəti gücləndirmək üçün FTX-yə müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*