Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsə görə, Yevgeni Priqojinin çevriliş cəhdi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə Rusiyadan agentlər cəlb etmək üçün müstəsna imkan yaradıb.
KONKRET.az xəbər verir ki, mayın 16-da Mərkəzi Kəşfiyyat İdarəsinin Telegram kanalında rusları internet vasitəsilə əməkdaşlığa cəlb etmək üçün video yayımlanıb. Qiyam cəhdindən sonra ona 2,5 milyon dəfə baxılıb.
O, həmçinin ABŞ-ın qiyam cəhdi barədə əvvəlcədən bildiyini təsdiqləyib və əlavə edib ki, qiyam Rusiya tarixində son 30 ildə gördüyü “ən həyəcanlı epizoddur”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
