Rüstəm Orucova vəzifə verildibackend

Rüstəm Orucova vəzifə verildi

2016-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyinin (ACB) Atletlər Komissiyasının üzvü təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə ACB-nin vitse-prezidenti Hrvoye Lindi məlumat verib.

“ACB bundan sonrakı fəaliyyətində Atletlər Komissiyasının dəstəyini alacaq və komissiyanın üzvləri təcrübələrinə arxalanaraq idmanın müxtəlif məsələlərinə cəlb olunacaqlar”, – deyə H.Lindi bildirib.

Rüstəm Orucov Avropanın ən uğurlu cüdoçularındandır. O, 2017 və 2019-cu illərdəki Dünya çempionatlarında ikinci pilləyə yüksəlib. 2016-cı ildə Avropa çempionatının qızıl medalını qazanıb və eynimiqyaslı yarışın 2019-cu ildə gümüş, 2017, 2020, 2022-ci illərdə bürünc mükafatçısı olub.

Qeyd edək ki, R.Orucov Milli Olimpiya Azərbaycan Atletlər Komissiyasının sədri, AMADA İdmançılar Məsləhətçi Komissiyasının üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*