Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Tovuz rayonunda olub.
KONKRET.az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyası məlumat yayıb.
Bildirilib ki, S.Rüstəmxanlı Tovuz rayon Ağdam kənd sakinləri ilə görüşüb, əhali ilə söhbətlər aparıb.
Millət vəkili şəhid əsgərimiz Elşad Məmmədovun və şəhid gizir İlqar Zeynallının yas məclisində iştirak edib. Şəhidlərin yaxınlarına başsağlığı verib.

axar.az
