Saakaşvili azərbaycanlıları müdafiə etdi: “Bu ayrı-seçkiliyi yayanlar heyvandırlar”backend

Saakaşvili azərbaycanlıları müdafiə etdi: "Bu ayrı-seçkiliyi yayanlar heyvandırlar"

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstanda milli ayrı-seçkilik təbliğatını aparan bəzi gürcü şovinistlərinə və Marneulidə koronavirusu tutan azərbaycanlı qadınla bağlı yayılan məlumatlara görə sərt etiraz edib.

KONKRET.az xəbər verir ki, video çıxışında Gürcüstanda yaşayan bütün etniklərin bərabər yaşadığını, eynilə azərbaycanlıların bu torpağın bərabər hüquqlu insanları olduğunu, koronavirusun Gürcüstanın yox, bütün bəşəriyyətin bəlası olduğunu qeyd edib. Sabiq prezident bu ayrı-seçkiliyi yayanları və aranı qızışdıranları heyvanlara bənzədib. Saakaşvili burada Gürcüstanın indiki hakimiyyətinin böyük günahının olduğunu söyləyib. Xüsusilə azərbaycanlı qadının yerli xəstəxanaların saatlarla qəbul etməməsini, Gürcüstanın səhiyyə sistemini bərbad günə qoyan indiki hakimiyyətin əsas günahı və buraxdığı səhvləri ilə əlaqələndirib. Qeyd edək ki, Gürcüstan Milli Hərəkatının Marneuli rayonu üzrə nümayəndəliyi Gürcüstan Baş prokurorluğuna və güc strukturlarına müraciət ediblər. Xüsusilə, Gürcüstan Milli Hərəkatı və milli fəal gənclər mətbuat və sosial şəbəkələrdə bəzi gürcü şovinistlərinə qars tutarlı faktlarla mübarizə aparırlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*