“Saakaşvilinin vəziyyəti ağırdır, onu əlillik və ölüm gözləyir” – Ombudsman – FOTObackend

"Saakaşvilinin vəziyyəti ağırdır, onu əlillik və ölüm gözləyir" - Ombudsman - FOTO

“Saakaşvilinin vəziyyəti ağırdır, onu əlillik və ölüm gözləyir”.

KONKRET.az xəbər verir ki, bunu Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova  Gürcüstanın xalq müdafiəçisi yanında yaradılan alternativ tibb şuranın  həkiminin məlumatlarına istinadən Telegram-da bildirib.

“Gürcüstanda Saakaşviliyə lazımi müalicə göstərilməlidir”, – deyə ölkənin xalq müdafiəçisi qeyd edib.

Ukrayna Prezidenti yanında Milli İslahat Şurasının icraiyyə komitəsinin rəhbəri, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti ağırdır, onun təcili xaricdə müalicəyə ehtiyacı var.

“Saakaşvilinin müalicəsi geciksə, bu, onun əlilliyinə, gələcəkdə isə ölümü ilə nəticələrə bilər”, – deyə Denisova xəbərdarlıq edib.

Onun sözlərinə görə, Gürcüstanın xalq müdafiəçisi Nino Lomcariya Gürcüstan hakimiyyətini Saakaşviliyə alternativ tibbi şuranın tövsiyə etdiyi müalicə ilə təmin etməyə çağırıb.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*