Sabah Bakının iki rayonunda qaz olmayacaqbackend

Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sentyabrın 10-da Bakının Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M.İbrahimov, L.Tolstoy, B.Səfəroğlu, D.Əliyeva, H.Aslanov, Ə.Quliyev, İ.Səfərli, T.Xəlilbəyli küçələrinin və Qaradağ rayonunun Qobustan qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*