“Sabah” ilk dəfə avrokuboklara vəsiqə qazandıbackend

“Sabah” ilk dəfə avrokuboklara vəsiqə qazandı

Azərbaycan Premyer Liqasının 28-ci turunda bu gün “Qəbələ”yə qalib gələn (3:2) “Sabah” avrokuboklara vəsiqə qazanıb.

KONKRET.az xəbər verir ki, 2-ci pillədə olan Murad Musayevin komandası sona 8 tur qalmış 4-cü pillədə qərarlaşan “Zirə”ni 27 xal qabaqlayaraq bu hüququ əldə edib. Hazırda “Sabah”ın 65, “Zirə”nin isə 38 xalı var.

“Sabah” tarixində ilk dəfədir avrokuboklara vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl lider “Qarabağ” da avrokuboklarda iştirak hüququ əldə etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*