Bu gün Misli Premyer Liqasında 33-cü tura start verilib.
KONKRET.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. “Kəpəz” “Sabah”ı qəbul edib. Matç qonaq komandanın qələbəsi ilə başa çatıb – 3:0.
Qeyd edək ki, turun digər qarşılaşmaları 6,7,8 may tarixlərində oynanılacaq.
5 may (cümə)
18:00. “Kəpəz” – “Sabah” – 0:3
Qollar: Aleksey Kaşuk, 4, Emmanuel Apeh, 17, Davit Volkov, 83
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu
