Balıqların kürütökmə dövrü ilə əlaqədar sabahdan – 1 may 2020-ci il tarixdən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir.
KONKRET.az-ın xəbərinə görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Xidmət rəisi icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin daxili su hövzələrində növbəti nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib: “Son günlər keçirdiyimiz reydlər nəticəsində istifadəsi qadağan edilən 9537 metr uzunluğunda sintetik tor, 2928 ədəd qadağan olunmuş müxtəlif ov aləti müsadirə olunub və bu faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılb, təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”.
