Şahin Diniyevin oğlu “Səbail”ə keçdibackend

Şahin Diniyevin oğlu "Səbail"ə keçdi

“Səbail” yay fasiləsində ikinci transferini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yarımmüdafiəçi Coşqun Diniyevlə müqavilə imzalanıb.

Son iki ili “Zirə”də keçirən 28 yaşlı orta sahə oyunçusu növbəti mövsümdən “dənizçilər”in formasını geyinəcək.

Qeyd edək ki, Coşqun Diniyevin atası Şahin Diniyev “Səbail”in baş məşqçisi, qardaşı Kərim Diniyev isə köməkçi-məşqçisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*