Şahzadə Harri və Meqan Markl kral ailəsinin saytında son titullarından məhrum ediliblər.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya kral ailəsinin şahzadə Harrinin adının çəkildiyi rəsmi internet səhifələrində “Əlahəzrət” sözləri yoxa çıxıb.
Qeyd olunur ki, Şahzadə Harri və həyat yoldaşı Meqan Markla 2020-ci ildən etibarən titullarından istifadə etmək qadağan edilib, çünki onlar artıq kral ailəsinin hazırkı üzvləri deyillər.
Bununla belə, rəsmi internet saytında başlıqlar hələ də qorunub saxlanılırdı. Bu yaxınlarda bu səhv düzəldildi, başlıqlar silindi.
İqbal Rzayev,
KONKRET.az
