Sakinlər Şahbaz Xuduoğluya görə 102-yə zəng etdi – TƏFƏRRÜATbackend

Sakinlər Şahbaz Xuduoğluya görə 102-yə zəng etdi - TƏFƏRRÜAT

Bu sözləri naşir Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında yazıb.

KONKRET.az onun paylaşımını təqdim edir: “Dövlət idarəsinin qarşısıdır – dayanmaq olmaz. Marketin qarşısıdır – dayanmaq olmaz. Beş il oldu, təkərli kitabı məhələlərə və regionlara çıxardıq. Bir yerdə də səlahiyyət sahiblərindən “xoş gəldiniz” eşitmədik. Hər yerdə zabitə süngüsü, hər yerdə sorğu-sual. Digər tərəfdən də insanların biganə münasibəti, kitaba ikrah doğuran nəzərləri. Amma uşaqların sevincini gördük. Məhz budur, əlimizi soyutmayan.

“Təkərli kitab dükanı” Sumqayıtda bir məhlədən qovulub, o biri məhləyə gedir. “Bağça şəhər” evlərinin komendantı sakinlər adından 102-yə şikayət edib ki, “Təkərli kitab dükanı”nı  məhləmizdə görmək istəmirik. Mən belə bir cəmiyyət heç yerdə görməmişəm və heç kəsə də arzulamıram. İnsanlıq üçün ən təhlükəli bəla ilə üz-üzəyik”.

  • Naməddin
    Noyabr 11, 2025 - 08:59

    Şahbaz bəy, ağır da olsa, deyəcəm – artıq manqurtlaşmadan ötüb, essəkliyə doğru inamla irəliləyirik…

  • Ağayeva S.
    Noyabr 11, 2025 - 18:12

    Ötən ay oğlumla xəstəxanada qalmalı oldum.Orda qaldığım müddətdə mütəmadi olaraq mütaliə edirdim.Hətta bu qədər boş vaxtımın olması mənə daha çox kitab oxumağım üçün bir şansidi.Palataya kim daxil olurduza -həm tibb həm də təmizlik personalından mənə ilk sualları bu olurdu ki-siz müəlliməsiniz?Deyirdim xeyr.sadəcə. kitab oxumağı çox sevirəm.İnsanların buna bir möcüzə kimi baxmaqları məni bir insan kimi çox narahat edir.Çünki kitab oxumaq .məhz KİTAB oxumaq özü də bir mədəniyyətdir.Və biz get-gedə bu mədəniyyətimizi itirməyə doğru gedirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*