Şamaxıda yol qəzası: 5 nəfər xəsarət aldıbackend

Şamaxıda yol qəzası: 5 nəfər xəsarət aldı

Şamaxıda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Göylər kəndi ərazisindəndən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə Bağırlı kənd sakini, 1960-cı il təvəllüdlü Alıyev Famil Cümşüd oğlu, Çaylı kənd sakini, 1961-ci il təvəllüdlü Baxışova Xoşqədəm Abbas qızı və Dağ Bağırlı kənd sakini, 1969-cu il təvəllüdlü Qəfərov Şəfaət Qəfər oğlu və daha iki nəfər yaralanıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*