Moldova Prezidenti Maya Sandu Ukraynadan taxılın tranzitinə kömək etməyi təklif edib.
KONKRET.az-ın məlumatına görə, o bildirib ki, Moldova taxıl tranziti ilə bağlı Ukraynaya kömək etmək üçün könüllü olub.
“Moldova müharibə başlayandan taxıl tranzitində Ukraynaya yardım təklif edir. Təkcə indi deyil, Dunaydakı limanlar bombalananda. Bu mürəkkəb mövzudur. Biz həll yolu tapmağa çalışırıq. Ukraynadan taxılın tranzitinə kömək etməyə hazırıq”, – deyə Moldova Prezidenti Maya Sandu bildirib.
O, həmçinin Ukrayna, Rumıniya və Avropa Komissiyası ilə danışıqlar barədə məlumat verib.
