“London Mall” ticarət mərkəzindən insanlar təxliyə edildi – VİDEO+YENİLƏNİBbackend

"London Mall" ticarət mərkəzindən insanlar təxliyə edildi - VİDEO+YENİLƏNİB

Sankt-Peterburqda London Mall ticarət-əyləncə kompleksinə gələnlərin təxliyyəsi həyata keçirilir.

KONKRET.az xəbər verir ki, bunu Nevski Rayon Administrasiyasının mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər.

Fövqəladə Hallar Xidməti dəqiqləşdirib ki, ilkin məlumatlara görə, ticarət kompleksində partlayıcı olması ilə bağlı yayılan xəbər yalandır.

18:49

Sankt-Peterburqda “London Mall” ticarət mərkəzindən ziyarətçilər bomba xəbərinə görə təxliyə edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Polisə Kollontai küçəsindəki London Mall-a partlayıcı yerləşdirdiyini bildirən bir şəxs zəng edib.

Hazırda binaya partlayıcı maddələr üzrə ekspertlər tərəfindən baxış keçirilir. İlkin məlumata görə, zəng edən şəxs saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*